<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>411</hymn_number>
<title>Dünya belə qala bilməz, insanlar çox zalım olub İL411</title>
<lyrics>[V1]
 Dünya belə qala bilməz, insanlar çox zalım olub;
 Pisliyi heç saya gəlməz, fi tnə ürəklərə dolub.

[C1]
   Allah sevir bu dünyanı, tükənməyib hələ səbri,
   İsa deyir, vaxt var ikən gəl, xilas edim səni.

[V2]
 Xəyanət baş alıb gedir, hamı olub haqdan uzaq,
 Hamı allahsızlıq edir, Rəbbə düşmən, Rəbdən uzaq .

[V3]
 Ürəklərdə qəzəb, nifrət, yaşarlar sevgidən uzaq,
 Onları məhv edir zülmət, qalmamış doğruya maraq.

[V4]
 Amma Allah Öz taxtında oturub möhkəm, sarsılmaz,
 O, hökm edəcək vaxtında, bilin, onda çarə olmaz.</lyrics>
</song>